Azərbaycan birinciliyinə yekun

31 Dekabr 2018 16:15 Qılıncoynatma 736
Azərbaycan birinciliyinə yekun

Qılıncoynatma üzrə yeniyetmə və gənclərin Azərbaycan birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirin sonuncu günündə gənclər arasında qaliblərin adlarına aydınlıq gəlib.

Azərbaycan Qılıncoynatma Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qalibləri diplom və medallarla yanaşı, Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Sablya

Oğlanlar:

1. Cavanşir Ağakişiyev
2. Saleh Məmmədov
3. Maqsud Hüseynli, Nurlan Zeynallı

Qızlar:

1. Nərminə Cəfərova
2. Aysel Əhədova
3. Xədicə Şamilova, Zərifə Hüseynova

Şpaqa

Oğlanlar:

1. Fərrux Səfərov
2. Xalid Əliyev
3. Barat Quliyev, Kənan Məlikzadə

Qızlar:

1. Nazilə Rəhimova
2. Azərin İdriszadə
3. Alfiyə Abdinova, Məryəm Sadıxova

Rapira

Oğlanlar:

1. Ziya Yolçuzadə
2. Səid Həsənzadə
3. Camel Vəliyev

Qızlar:

1. Püstəxanım Dadaşova
2. Röya Ağayeva
3. Ameliya Məmmədova, Əminə Sadıqova

Digər Xəbərlər
Xəbər Lenti