Gənc şpaqaçılarımız komanda yarışında 15-ci oldu

5 Mart 2019 09:36 Qılıncoynatma 623
Gənc şpaqaçılarımız komanda yarışında 15-ci oldu

İtaliyanın Foccia şəhərində yeniyetmə və gənclərin Avropa birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son yarış günündə Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərovdan ibarət gənc şpaqaçılarımız komanda yarışında qüvvəsini sınayıblar.

1/16 finalda Finlandiya komandasına 45:37 hesabı ilə qalib gələn milli, sonra fransalı həmkarlarına 20:42 hesabı ilə uduzublar.

Qılıncoynadanlarımız 9-12-ci yerlər uğrunda görüşdə Norveçə 34:45 yeniliblər. 13-14-cü pillələr üçün Estoniyaya uduzan (34:45) yığma, 15-ci yer uğrunda mübarizədə Böyük Britaniyadan 1 xal geri qalıblar (44:45).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"