Yeniyetmə şpaqaçılarımız güclərini Kazanda sınadı

13 Yanvar 2019 00:50 Qılıncoynatma 646
Yeniyetmə şpaqaçılarımız güclərini Kazanda sınadı

Kazanda qılıncoynatma üzrə ümumrusiya açıq “Yeni il” turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, 130 yeniyetmə oğlan şpaqaçının mübarizəsində Barat Quliyev 5 görüşdən 2-sində üstün başa vurmaqla pley-offa adlayıb.

1/64 finalda Rusiya idmançısı Aleksey Borodini məğlub edən təmsilçimiz növbəti mərhələdə digər rusiyalı idmançı Aleksey Vinoqradova uduzub.

Raul Aruslanov ilk mərhələsini adlamağı bacarıb. Qrupda keçirdiyi 6 qarşılaşmadan 2-də qalib gələn idmançımız 1/64 finalda tatarıstanlı Daniel Əskərova məğlub olub.

6 çəkişmədən 1-rində qələbə qazanan Kənan Məlikzadə isə mübarizəni erkən dayandırıb. 137 yeniyetmə qız şpaqaçının yarışında qrupda 6 görüşdən 3-də qalib gələn Azərin İdriszadə 1/64 finalda rusiyalı Yekaterina Tarasovaya uduzub.

6 qarşılaşmadan 2-sində sevinən Nazilə Rəhimova 1/64 finalda Özbəkistan idmançısı Sevara Rəhimovaya yenilib.

Alfiyə Abdinova da 6 mücadilədən 2-də qalib gələrək pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda rusiyalı Mariya Melexinaya uduzub. 6 görüşdən 1-də qələbə əldə edən Aysu Nuriyeva qrupu adlaya bilməyib.

Xəbər Lenti