COP29

"Atletiko”nun sabiq vingeri “Qarabağ”a TRANSFER OLUNUR...

24 İyun 2023 16:00 Qarabağ 11 314
"Atletiko”nun sabiq vingeri “Qarabağ”a TRANSFER OLUNUR...

"Qarabağ" Portuqaliya "Şaveş"ində çıxış edən Juninyonu heyətinə qatır.

Yerli "O Jogo" nəşri yazır ki, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə anlaşıb.

"Köhlən atlar"ın braziliyalı vinger üçün qarşı tərəfə 500 min avro təzminat ödəyəcəyi bildirilib.

İddiaya görə, "Qarabağ" "sambaçı"nı hələ ötən yay heyətinə qatmaq istəyib. Lakin müəyyən səbəblərdən transfer baş tutmayıb.

Juninyo daha əvvəl ölkəsinin "Atletiko Paranaense", "Portimonense", "Villa Nova" komandalarında, həmçinin Portuqaliya "Eştoril"ində çıxış edib.

O, "Şaveş"in heyətində 76 oyuna 12 qol vurub.

Redaksiyamızın apardığı araşdırmaya görə, bu xəbər əsaslıdır.

“Qarabağ” cənubi amerikalını 2 ildir diqqət mərkəzində saxlayır və yalnız bugünlərdə onunla bağlı anlaşma əldə etmək mümkün olub.

“Şaves” Juninyonu satmağa okey verib. Sadəcə, iddi edildiyi kimi, 500 min avroya deyil. “Qarabağ” portuqaliyalı həmkarlarını daha aşağı məbləğə razı salıb.

Səbəbkarın özü isə burada yarım milyon avrodan artıq pul qazanacaq. Onunla 3 illik müqavilə imzalanması gündəmdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti