Şikayəti rədd edildi

10 Dekabr 2019 14:43 Qalmaqal 684
Şikayəti rədd edildi

"Real”ın hücumçusu Kərim Benzema yenə də məhkəmə qarşısına çıxarıla bilər.

Sportinfo.az xəbər verir ki, Fransa Ali Məhkəməsi Benzemanın "Valbuena məsələsi" ilə bağlı apellyasiya şikayətini rədd edib.

Futbolçunun nümayəndələri polis araşdırmasının düzgün aparılmadığı ilə bağlı şikayət etmişdi. Amma məhkəmə araşdırmanın qanun çərçivəsində aparıldığı ilə bağlı qərar verib. Bu da o deməkdir ki, Valbuena ilə bağlı qalmaqallı məhkəmə çəkişməsi davam edəcək.

Benzemaya qarşı iddia 2015-ci ildə irəli sürülüb. O, yığmadakı sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunurdu. Məhkəmə Benzemaya Valbuena ilə əlaqə saxlamağı da qadağan edib. Bu qalmaqaldan sonra isə hər iki futbolçu millidən uzaqlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti