Premyer Liqada hələ beləsi olmamışdı - 11 nəfərə QADAĞA QOYULDU!

2 Fevral 2024 20:40 Premyerliqa 4 476
Premyer Liqada hələ beləsi olmamışdı - 11 nəfərə QADAĞA QOYULDU!

Premyer Liqanın 21-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Cəzalı duruma düşən 11 futbolçu meydana çıxmaqdan məhrumdur.

Bu, mövsümün startından bu yana ilk belə haldır. İndiyə qədərki 20 turun heç birində birdən-birə bu sayda cəzalı olmamışdı.

Ən ağır zərbə bölgə təmsilçilərinə dəyib ki, “Qəbələ” 5, “Kəpəz” 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Ümumi siyahı belədir:

Zurab Oçiqava, Əyyub Allaş, Gilad Abramov, Asif Məmmədov, Ürfan Abbasov (“Qəbələ”), Yeqov Xvalko, Mate Kvirkviya, Elmir Tağıyev (“Kəpəz”), Elvin Cəfərquliyev (“Qarabağ”), Azər Salahlı (“Neftçi”), Elvin Camalov (“Sabah”).

Fevralın 3-də “Səbail” – “Qarabağ”, “Sabah” – “Turan Tovuz”, ertəsi “Qəbələ” – “Zirə”, “Sumqayıt” – “Neftçi”, fevralın 5-də “Kəpəz” – “Araz-Naxçıvan” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 18:10 Çək və bizə göndər!
23 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 04:00 Cəlal oynadı, uduzdular
23 Sentyabr 02:40 "Neftçi"də 3 qız var ki...
23 Sentyabr 01:30 İlin ən yaxşı klubu - PSJ
23 Sentyabr 01:10 “Qızıl top”u o aldı