Millimiz Qazaxıstana da məğlub oldu - AÇ-2020

19 Noyabr 2019 17:51 Milli komanda 1 484
Millimiz Qazaxıstana da məğlub oldu - AÇ-2020

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz Yunanıstanın Patra şəhərindəki "Pampeloponnisiakos" stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

İlk iki görüşdə Yunanıstan (1:6) və Almaniyaya (0:2) məğlub olan Vüqar Məmmədin komandası qazaxıstanlı həmkarlarına da boyun əyib - 0:2. Hər 3 oyunda məğlub olan yığma qrupda qalıb.

Avropa çempionatı. Seçmə qrup mərhələsi. 3-cü tur

19 noyabr

16:00. Qazaxıstan - Azərbaycan 2:0

Qollar: Kuşkumbayev, 3, Rəhimcanov, 85.

Hakimlər: Denis Şurman (Ukrayna)

Yan xətt hakimləri: Viktor Matyaş (Ukrayna), Konstantinos Triantafilos (Yunanıstan)

Dördüncü hakim: Stefanos Koymparakis (Yunanıstan)

Qazaxıstan: 1.Nikita Pivkin, 2.Yeqor Tkaçenko, 5.Aleksandr Şirobokov, 7.Abzal kalau, 8.Diaş Kuşkumbayev, 10.Vadim Yakovlev, 12.Arsen Azatov, 14.Murojon kalmatov, 15.Əskər Satışev, 16.Danil Anxudinov, 17.Qalımjan Kenjebek (k).

Ehtiyat oyunçular: 18.Temirlan Anarbekov, 4.Daniyar Urda, 9.Miras Amantayev, 11.Əlişir Rəhimcanov, 13.Danil Somov, 19.Daniyar Dulatov, 20.Sultan Əskərov, 23.Cannur Kukeyev.

Baş məşqçi: Almas Kulşinbayev.

Azərbaycan: 1.Eldar Tağızadə, 4.Cəlal Hüseynov (k), 5.Mirəli Əhmədov, 7.Gülağa Əsədov, 9.Mehrac Baxşəli, 10.Mirmövsüm Canıyev, 11.Berkay Vardar, 13.İbrahim Ramazanov, 14.Musa Musazadə, 15.Rəşad Həsənov, 17.Kamal Kazımov.

Ehtiyat oyunçular: 22.Amin Ramazanov, 2.Ayxan Süleymanlı, 6.Yusuf Oral, 8.Nihad Cəfərov, 16.Rəvan Nağıyev, 19.Nicat Quliyev, 20.Rauf Rüstəmli, 21.Ülvi Mədətov.

Baş məşqçi: Vüqar Məmməd.

Digər Xəbərlər
Xəbər Lenti