
"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç arzusuna çatıb.
Söhbət onun Gürcüstan millisinin və "Napoli"nin parlayan ulduzu Xviça Kvaratseliyanın formasını istəməsindən gedir.
Çernoqoliyalı futbolçunu arzusuna onun komanda yoldaşı Luka Quqeşaşvili çatdırıb.
Gürcüstan millisinin toplanışından yenicə qayıdan Luka məşhur həmyerlisinin formasını Markoya gətirib.
Əcnəbi müdafiəçisi isə öz insaqram hesabından yeni hədiyyəsini paylaşaraq Lukaya təşəkkür edib.
22 yaşlı vinger son mövsüm İtaliya təmsilçisində 34 oyuna 12 qol, 13 asistlə yadda qalmaqla komandasının çempionluğunda müstəsna rol oynayıb.
Hazırda "Real" başda olmaq bir çox böyük klubları Xviçanı heyətinə qatmaq üçün mübarizə aparır.
XANOĞLAN / SPORTİNFO.AZ