Dünyaca məşhur idmançımız "Neftçi"nin oyununda belə qarşılandı - VİDEO

12 Aprel 2023 23:20 Maraqlı 1 032
Dünyaca məşhur idmançımız "Neftçi"nin oyununda belə qarşılandı - VİDEO

Azərbaycan Premyer Liqasının 29-cu turunda "Sumqayıt" doğma arenada "Neftçi"ni qəbul etdi.

Çox sayda azarkeşin gəldiyi qarşılaşma "kimyaçılar"ın darmadağını ilə başa çatdı - 0:4.

Matçdan öncə isə tribunalarda xoş görüntü vardı.

Səbəb xalqımızın fəxri olan sumqayıtlı cüdoçu İlham Zəkiyevin "Kapitan Bank Arena"ya təşrif buyurması idi.

Qarabağ qazisi, ikiqat dünya çempionu və səkkizqat avropa çempionu olan paralimpiyaçı simvolik olaraq topa ilk zərbəni də özü vurdu.

Təbii ki, yerli publikanın gurultulu alqışları və "İlham, İlham" sədaları altında.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərini aşağıdakı linkdə izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti