"Futbol, onsuz da, alınmır, məncə, boksda sınasınlar özlərini" - İSTEHZALI TƏKLİF

8 Aprel 2023 16:00 Maraqlı 496
"Futbol, onsuz da, alınmır, məncə, boksda sınasınlar özlərini" - İSTEHZALI TƏKLİF

"Səbail" 6 oyundu qələbə üzünə həsrətdir.

Bu qarşılaşmalar arasında "Kəpəz" və "Sumqayıt"dan alınan məğlubiyyətlər isə böyük uğursuzluqdu.

Çünki sonuncu pillədən qurtulmaq üçün adıçəkilən kollektivlərlə oyunda ən azı məğlub olmamaq lazımdır.

Məğlub oldunsa, əvəzini güclü komandalarla oyunda mütləq çıxmalısan.

Bu gün elə həmin güclü komandalardan biri ilə qarşılaşma var. Söhbət sona 8 tur qalmış avrokuboklara vəsiqəni təmin etmiş "Sabah"dan gedir.

Bayılda baş tutacaq qarşılaşmaya Şahin Diniyevin yetirmələri çox ciddi hazırlaşır. Deyəsən, təcrübəli mütəxəssis qarşılaşmaya, həm də son döyüş kimi baxır.

Hər halda klubun feysbukdakı rəsmi hesabından paylaşılan post belə düşünməyə əsas verir. Təkcə bizdə yox, elə bəzk izləyicilərdə də.

Belə ki, səhifə adminin "Vacib oyuna xüsusi hazırlıq!" başlığı altında paylaşdığı və Luvaqa Kzito ilə Ədilxan Qarəhmədovun yer aldığı fotoya aşağıdakı şərhlər yazılıb:

"Futbol onsuz da alınmır, məncə, boksda sınasınlar özlərin".

"İdmanın növlərin dəyişiblər".

Bu şəkildə futbol hazırlığından çox rinqə hazırlaşmağa oxşayır".

Paytaxt klubunun futbol oynayacağı, yoxsa boksla məşğul olacağını axşamkı 90 dəqiqədən sonra biləcəyik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti