Bu ölkədə prezidenti, məşqçini döydülər, iki futbolçu polis tərəfindən saxlanıldı

10 Oktyabr 2023 10:20 Hadisə 1 283
Bu ölkədə prezidenti, məşqçini döydülər, iki futbolçu polis tərəfindən saxlanıldı

Konfrans Liqasının qrup mərhələsinin II turunda keçirilən “Alkmar” – “Legiya” oyununda insident baş verib.

Sportinfo.az xəbər verir ki, görüşdən əvvəl stadiona biletsiz daxil olmaq istəyən Varşava klubunun azarkeşləri ilə yerli polis arasında qarşıdurma yaranıb.

Matç başa çatdıqdan sonra arenadan sonda buraxılan “Legiya”nın nümayəndə heyəti bundan narazılıq bildirib.

Avtobusa minərkən vəziyyət nəzarətdən çıxıb və Polşa klubunun sahibi Dariuş Mioduski, həmçinin fiziki hazırlıq üzrə məşqçi Mixal Kvietnevski döyülüb.

Daha sonra “Legiya”nın iki futbolçusu - yarımmüdafiəçi Josue və müdafiəçi Radovan Pankov yerli polislər tərəfindən saxlanılıb.

Polşa hökuməti vəziyyətə müdaxilə etməyə çalışıb. Lakin saxlanılan futbolçuların Portuqaliya və Serbiya vətəndaşları olması vəziyyəti çətinləşdirir.

Polşanın baş naziri Mateuş Moravyeçki “Legiya” futbolçularına qarşı bu cür rəftarın qəbuledilməz olduğunu açıqlayıb.

Oyun “Alkmarın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!