Həbsdə olan Vardanyan Bakıdan arvadına zəng etdi

13 Oktyabr 2023 03:40 Hadisə 541
Həbsdə olan Vardanyan Bakıdan arvadına zəng etdi

Qarabağda separatçılığı maliyyələşdirmə və digər ittihamlarla həbs edilən qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan oktyabrın 11-də həyat yoldaşına zəng edərək vəziyyətinin normal olduğunu bildirib.

Bu barədə onun oğlu David Vardanyan “News.am”a açıqlama verib.

“Dünən və ötən çərşənbə axşamı anama zəng etdi, zəng zamanı mən olmamışam. Dedi ki, vəziyyəti normaldır. Digər təfərrüatlar müzakirə olunmayıb. Darıxdığını dedi” - D. Vardanyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 17:30 Çək və bizə göndər!