Dizindən zədə aldı, çıxıb getdi - Azərbaycanla oyunu buraxacaq

12 Oktyabr 2023 00:40 Hadisə 497
Dizindən zədə aldı, çıxıb getdi - Azərbaycanla oyunu buraxacaq

Avstriya yığmasının daha bir futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı keçiriləcək oyunları buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu dəfə mərkəz müdafiəçisi Qernot Trauner sıradan çıxıb.

Niderlandın “Feyenoord” klubunun üzvü dizindəki zədə ucbatından yığmanın düşərgəsini tərk edib.

Bununla baş məşqçi Ralf Ranqnikin xidmətindən məhrum olduğu oyunçuların sayı 6-ya yüksəlib.

Traunerə qədər David Alaba, Stefan Poş, Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin də qarşıdakı matçlarda iştirak etməyəcəkləri dəqiqləşmişdi.

Oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!