35 gün erməni əsirliyində qalan Vətən müharibəsi qazisi ata oldu - VİDEO

11 Oktyabr 2023 18:50 Hadisə 619
35 gün erməni əsirliyində qalan Vətən müharibəsi qazisi ata oldu - VİDEO

44 günlük Vətən müharibəsinin qazisi Mobil Əhmədzadənin övladı dünyaya gəlib.

Bu barədə qazinin xanımının həkimi Nigar Əlizadə öz şəxsi “Instagram” hesabından paylaşım edib.

Yeni doğulmuş körpəyə Xəlil adı verilib.

Öz körpəsini evə aparmaq üçün klinikaya gələn qazini həkim və işçi heyəti alqışlarla yola salıblar.

44 günlük Zəfər Savaşında tank mərmisinə tuş gələn 1999-cu il təvəllüdlü leytenant Mobil Əhmədzadə hər iki ayağından yaralanmışdı.

5 gün meşədə, düşmən mühasirəsində qaldıqdan sonra isə əsir düşmüşdü. Əsirlikdə sağ ayağı amputasiya olunan hərbçimiz 35 gün əsirlikdə qaldıqdan sonra Azərbaycana qaytarılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!