AFFA Məşqçilər Komitəsinin sədri vaqif Sadıqovla «Səbail»in baş məşqçisi Şahin Diniyevin münasibətlərində ciddi problem yaranıb.
Federasiyanın vitse-prezienti postunu da tutan Sadıqov uzun illər dostluq əlaqələri saxladığı keçmiş həmkarını artıq danışdırmır.
O, qurum mənsublarıyla görüş zamanı Diniyevin əleyhinə danışıb illərə söykənən tanışlığa əhəmiyyət vermədiyini bildirib.
Deyib ki, onun «Səbail»ə getməsində böyük pay sahibi olub. Məhz çoxsaylı müraciətlərindən sonra AFFA-nın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Şahin Diniyevin Bayıl klubunun sükanı arxasına keçməsinə köməklik göstərib.
Buradan aydın olub ki, E.Məmmədov «Səbail»in Müşahidə Şurasının sədri Rauf Vəliyevlə şəxsi münasibətlərindən istifadə edərək, Mahmud Qurbanovun vəzifədən alınaraq Şahin Diniyevin görəvə gətirilməsinə vasitəçiliyi öz üzərinə götürüb.
Buna baxmayaraq, Sadıqov komitənin sabiq üzvünün bu yaxşılığı unutduğunu söyləyib.
SPORTİNFO.AZ

