"Qarabağ"ın futbolçusu zərərçəkən şəxs kimi..."

10 Oktyabr 2023 02:20 Hadisə 678
"Qarabağ"ın futbolçusu zərərçəkən şəxs kimi..."

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın "Neftçi" ilə matçından sonra "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin polis bölməsinə aparılması ilə bağlı xəbərlər yayılmışdı.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır:

"Qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib.

Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb.

Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!