Mahir Emrelini belə görmək xoş oldu - Zaqrebdən VİDEO

9 Oktyabr 2023 08:30 Hadisə 3 360
Mahir Emrelini belə görmək xoş oldu - Zaqrebdən VİDEO

Xorvatiya çempionatında 10-cu turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "İstra"nı qəbul edib.

Qarşılaşma Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının 2-ci qolunun məhsuldar ötürməsini edib.

Xallarını 19-a yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!