"Kəpəz"in futbolçuları Sumqayıtda azarkeşlərlə üz-üzə qaldı, gərgin anlar yaşandı - VİDEO

8 Oktyabr 2023 21:40 Hadisə 1 260
"Kəpəz"in futbolçuları Sumqayıtda azarkeşlərlə üz-üzə qaldı, gərgin anlar yaşandı - VİDEO

“Kəpəz” Premyer Liqanın 9-cu turunu məğlubiyyətlə başa vurub.

“Sumqayıt”ın qonağı olan bölgə klubu rəqibinə 0:1 hesabla uduzub.

Qarşılaşmadan sonra Gəncədən gələn tərəfdarlarla futbolçular arasında gərginlik yaşanıb.

Fanatlar ardıcıl uğursuz nəticələrdən bezdiklərini, bunun nə vaxta kimi davam edəcəyinin hesabını oyunçulardan soruşublar.

Cavabında “Kəpəz”in kapitanı Vurğun Hüseynov və digər yoldaşları azarkeşləri səbrli olmağa çağırıblar.

Onlar bildiriblər ki, uğursuzluq ən çox onların özünə təsir edir.

Tərəflar arasındakı dialoq təxminən 10 dəqiqə çəkib.

Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!