“Turan” üzərində qələbə Ruanın “burnundan gəldi” - FOTOLAR

7 Oktyabr 2023 21:00 Hadisə 2 317
“Turan” üzərində qələbə Ruanın “burnundan gəldi” - FOTOLAR

“Zirə”nin “Turan Tovuz” üzərində qazandığı 2:1 hesablı qələbədə Ruan Renato da pay sahibi oldu.

Braziliyalı futbolçu qol vurmasa da, 90 dəqiqə müdafiədə etibarlı oyunu ilə rəqib həmkarlarına sevinmək imkanı vermədi.

Matç başa çatandan sonra zirəlilərin əhvalı yerində idi. Tək Ruandan başqa.

Braziliyalı “4 nömrə” xanımı ilə birlikdə avtomobilinə yaxınlaşanda arzuolunmaz vəziyyətlə üzləşmişdi. Nəqliyyat vasitəsinin ön təkərinin deşilməsi Renatonu tərləməyə məcbur etmişdi.

Yararsız təkəri ehtiyat şinlə dəyişmək əcburiyyətində qalan braziliyalı əlini yeni bulamışdı ki, ətrafdakı işçilər hadisədən xəbər tutunca, özünü yardıma yetirdi.

Öncə “Zirə”nin əsas komandasının sürücüsü, ardınca digər şəxs də “Hyundai” markalı avtomobilə yaxınlaşıb şini yeniləməkdə Ruana kömək etdi. Futbolçu ilə xanımı özlərinə qarşı bu dərəcədə isti münasibət görüb, sanki çaşıb qalmışdılar.

Təxminən 15 dəqiqəlik çək-çevirdən sonra problem aradan qaldırıldı. Renato xanımını və üç komanda yoldaşını da maşına əyləşdirib stadionu tərk etdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!