Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən "Hekken" - "Qarabağ" oyunundan (0:1) sonra xoş mənzərə yaranıb.
Sportinfo.az xəbər verir ki, İsveç klubunun azarkeşləri matç bitdikdən sonra paltardəyişmə otağına yollanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova səslənərək onu qələbə münasibəti ilə təbrik ediblər.
Q.Qurbanov isə azarkeşlərə yaxınlaşıb və onlarla əl sıxaraq görüşüb.
Həmin anların videogörüntüsünü təqdim edirik.

