Məşhur “Qalatasaray”lı “Qarabağ”ın oyununun şərhini niyə yarımçıq dayandırdı?

6 Oktyabr 2023 11:20 Hadisə 2 027
Məşhur “Qalatasaray”lı “Qarabağ”ın oyununun şərhini niyə yarımçıq dayandırdı?

“Qalatasaray”ın sabiq hücumçusu Yohan Elmander “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Hakken”lə İsveçdə keçirdiyi oyunun (1:0) şərhini yarımçıq dayandırıb.

Sportinfo.az xəbər verir ki, “Radiosport” telekanalının ekspertlərindən olan tanınmış isveçli fasilədən sonra studiyaya qayıtmayıb.

İsveç millisinin sabiq hücumçusu sonradan açıqlama verərək, qızına görə bu addımı atdığını bildirib:

“Kiçik qızım şüşə balon açırmış. Qapağı çevirəndə şüşə balon qırılıb və qızımın əli kəsilib.

Təcili ora getməli oldum. Studiyada məndən başqa da təcrübəli mütəxəssislər var idi. Onlar getməyimi istədilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!