
Son illər Azərbaycanda uşaq futbolunun inkişafı yönündə mühüm işlər görən «European Football Academy» (EFA) tezliklə daha bir yeni layihə həyata keçirəcək.
Bu haqda Sportinfo.az-a EFA-nın direktoru Vüsal Mustafayev məlumat verib.
Onun bildirdiyinə görə, «Peruca» futbol akademiyası ilə görülən işlərlə paralel olaraq, Azərbaycan Premyer Liqasının ən böyük klublarından biri ilə EFA arasında yaxın zamanda əməkdaşlıq müqaviləsi imzalanacaq.
Müqavilənin şərtlərinə uyğun olaraq, EFA-nın 17 yaşı tamam olmuş bütün futbolçuları mövsümün sonunda bu klubun seçmələrinə qatılacaq və özünü yaxşı tərəfdən göstərənlərlə peşəkar müqavilə imzalanacaq:
Təqdimat və imza mərasimində media mənsublarının iştirakı da nəzərdə tutulur. Sportinfo.az olaraq sizləri həmin tədbirdə görmək, şübhəsiz ki, bizim üçün xoş olar".