Millimizin rəqibi 2 yoxlama oyunu keçirəcək

14 İyul 2020 01:38 Dünya futbolu 778
Millimizin rəqibi 2 yoxlama oyunu keçirəcək

Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr yoxlama oyunları keçirəcək.

Sportinfo.az Kipr Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Yohan Valemin baş məşqçisi olduğu komanda oktyabrın 7-i evdə Çexiya ilə qarşılaşacaq. Yığma 4 gün sonra səfərdə Yunanıstanla üz-üzə gələcək.

C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan və Kipr arasında ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci oyun isə okyabrın 13-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti