Bu transferləri edin, yoxsa mən çıxıb gedirəm - QALMAQ ŞƏRTi

15 İyun 2019 13:00 Dünya futbolu 348
Bu transferləri edin, yoxsa mən çıxıb gedirəm - QALMAQ ŞƏRTi

"Tottenhem" mövsümlərarası fasilədə heyətini gücləndirmək niyyətindədi.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Mauritsio Poçettino transfer siyahısını artıq müəyyənləşdirib.

Klub prezidenti Daniel Levi ilə görüşən argentinalı mütəxəssis istədiyi oyunçuların adlarını ona təqdim edib.

Poçettinonun ilk mərhələdə istədiyi futbolçular Tanqi Ndombele ("Lion"), Rayan Sessenyon ("Fulhem"), Nikolo Zaniolo ("Roma") və Donni van de Bekdi ("Ayaks").

Prezident transferlərə çox büdcə ayırmaq istəməsə də, Poçettino istədiyi oyunçuların alınmayacağı təqdirdə, komandadan ayrılacağını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti