Dünyanın ən çox maaş alan futbolçusu bilindi - 105 milyon alacaq

18 Sentyabr 2022 12:00 Dünya futbolu 464
Dünyanın ən çox maaş alan futbolçusu bilindi - 105 milyon alacaq

PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən çox qazanan futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı fransalı Paris klubu ilə bağladığı yeni müqavilə sayəsində reytinq cədvəlində birinci yerə çıxıb.

Bu mövsüm komanda ilə razılaşmaya əsasən, o, 105 milyon dollar alacaq. Daha 20 milyonu isə forvarda sponsorluq müqavilələri gətirəcək.

İkinci yerdə 113 milyonla “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo qərarlaşıb.

37 yaşlı hücumçu “qırmızı şeytanlar”la müqavilədən 53 milyon, sponsorluq müqavilələrindən isə 60 milyon alacaq.

Dünyanın ən çox maaş alan oyunçular üçlüyünü digər PSJ futbolçusu, argentinalı Lionel Messi qapadıb. O, 110 milyon (62+48) qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti