“Barselona” və “Arsenal” bu mərhələni adlaya biləcəkmi? – ÇL-də BU GÜN

12 Mart 18:40 Çempionlar Liqası 446
“Barselona” və “Arsenal” bu mərhələni adlaya biləcəkmi? – ÇL-də BU GÜN

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçiriləcək.

"Arsenal" Londonda Portuqaliyadan "Portu"nu qəbul edəcək. "Topçular"da Yurrien Timber, qonaqlarda İvan Markano və Zaidu zədə səbəbindən meydana çıxmayacaqlar. İlk matç "Portu"nun qələbəsi ilə bitib - 1:0.

Digər oyunda "Barselona" İtaliyanın "Napoli" komandasını sınağa çəkəcək.

Kataloniya təmsilçisində Alexandro Balde, Qavi və Pedri zədəlidir. Neapol klubunda isə itki yoxdur. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb - 1:1.

00:00 "Arsenal" (İngiltərə) – "Portu" (Portuqaliya)
İlk oyun 0:1

00:00 "Barselona" (İspaniya) – "Napoli" (İtaliya)
İlk oyun 1:1

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"