COP29

“Neftçi”nin əsas problemini açıqladı, “Qarabağ”la bağlı səmimi etiraf etdi

28 Aprel 16:30 Müsahibə 1 052
“Neftçi”nin əsas problemini açıqladı,  “Qarabağ”la bağlı səmimi etiraf etdi

“Neftçi”nin əsas simalarından olan Yuri Matias Sportinfo.az-a müsahibə verib.

Braziliyalı müdafiəçi “Qarabağ”a məğlubiyyət, komandasının hazırkı durumu, mövcud vəziyyətdən çıxış yolları və digər mövzularla bağlı sualları cavablandırıb.

- “Qarabağ”a növbəti məğlubiyyəti necə izah edə bilərsən?

- “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. İzaha ehtiyacları yoxdur, keyfiyyətli futbolçulara sahib güclü komandadır. Bunu hər dəfə öz oyunları ilə göstərirlər. Meydanda əlimizdən gələni etsək də, bu, qələbə qazanmağa kifayət etmədi. Uduzduğumuza görə azarkeşlərimizdən üzr istəyirəm. Bilirəm ki, belə matçlarda bizdən qələbə gözləyirlər. Lakin hələ ki, onları sevindirə bilmirik.

- “Qarabağ” digər rəqiblərlə oyunlarda rotasiyalar etdiyi halda, “Neftçi” görüşlərə avrokuboklarda görməyə alışdığımız “11-lik”lə çıxır. Səncə, bunun səbəbi nədir?

- Bu onu göstərir ki, “Qarabağ” “Neftçi”yə hörmətlə yanaşır. Çempionatda əsas rəqiblərindədir, böyük tarixə malik klubdur. Məncə, buna görədir. Ona görə də futbolçuların adlarını görəndə təəccüblənmədim. Əsas “11-lik”lə oynayacaqlarını gözləyirdim.

- Sizi çempionluqdan və kubokdan edən “Qarabağ” çox güclüdür, yoxsa “Neftçi” çox zəifdir?

- “Neftçi”nin başlıca problemi sabitliyin olmamasıdır. “Qarabağ” illərin komandasıdır, mütəmadi avrokuboklarda mübarizə aparırlar, böyük rəqiblərə qarşı oyunlarda təcrübə toplayırlar. Bizdə sabitlik olsa, o yerlərə qalxa bilərik.

- Artıq 1 ilə yaxındır komandadasan və məncə, bu suala cavab verə bilərsən. “Neftçi” əzəmətini qaytarmaq üçün nə etməlidir? Nələr dəyişməlidir?

- Burada olmadığım müddətdə də çalışırdım bütün çempionatların öndə gedən komandaların nəticələrini izləyirdim. Görürdüm ki, “Neftçi” hər zaman öndə gedən komandalardan olub, “Qarabağ”la rəqabət aparıb. Həqiqətən böyük klubdur. Lakin sualınıza dəqiq cavab vermək üçün 9-10 ay burada olmaq kifayət deyil. Bir neçə il burada olmalıyam ki, hər şey görüm, dərk edim və suala doğru cavab verim.

- Meydanı erkən tərk etdin. Zədən nə yerdədir?

- Höccət ayağımın üstünə çıxdı və burxulma oldu. Ağrılar hiss etdiyim üçün əvəzlənməyimi istədim. Çünki bazar günü “Turan Tovuz”a qarşı vacib oyunumuz var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...