
“Oyun elə ssenari ilə inkişaf edirdi ki, həm dördüncü qolu vura, həm də üçüncü qolu buraxa bilərdik.
Elə qarşılaşmalar olub ki, çox üstün olmusan, ancaq uduzmusan.
Qurban Qurbanovun əvəzetmələri vaxtında oldu, bəhrəsini verdi. Aleksey Kaşuk qələbə qolunu vurdu.
“Qarabağ” sona qədər mübarizə apardı. Qalibi mühakimə etmirlər, ağlama, “Benfika”.
Bu açıqlama futbol mütəxəssisi Azər Bağırova məxsusdur.
Tanınmış məşqçi “Sportinfo TV”də yayımlanan və Elçin Cəfərovun aparıcısı olduğu “Avropa həftəsi” verilişində qonaq olub.
Burada Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”ın səfərdə “Benfika”ya 3:2 hesabıyla qalib gəldiyi oyun barədə danışıb.
Müzakirələr zamanı Ağdam komandasının taktiki gedişlərinə toxunan mütəxəssis maraqlı fikirlərlə diqqət çəkib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN