Keçmiş klubuna qayıtmağı ağlından keçirir - Luis Enrike

19 Sentyabr 22:00 Fransa 134
Keçmiş klubuna qayıtmağı ağlından keçirir - Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”ya qayıtmağı xəyal edir.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Ötən mövsüm Enrike bir neçə başqa kubokla birlikdə Çempionlar Liqasının qalibi olub.

Onun iddiaları dəyişməz qalsa və PSJ ilə əldə etdiyi nailiyyətləri təkrarlamaqda qərarlı olsa da, ispaniyalı məşqçi “Barselona”da baş verənləri izləyir və geri dönməyə ümid edir.

Enrike öz çevrəsinə dəfələrlə bildirib ki, o, “Kamp Nou”ya qayıtmaqdan məmnun olacaq. “Barsa”da 2026-cı ildə keçirilməsi planlaşdırılan yeni prezident seçkiləri bu məsələyə təsir edə bilər.

Enrike 2014-2017-ci illərdə “Barselona”da çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 17:30 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 07:20 Bir sutkanın iki ilidir...