“Belə oyunlardan yorulmuşam - Çox qol buraxırıq, bu, belə davam edə bilməz”

“Belə oyunlardan yorulmuşam - Çox qol buraxırıq, bu, belə davam edə bilməz”

“Yuventus”un baş məşqçisi İqor Tudor UEFA Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə 4:4 hesabı ilə başa çatan matçı şərh edib.

Turinlilər əlavə vaxtda vurulan iki qolla məğlubiyyətdən qurtulmağı bacarıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı belə oyunlardan yorulduğunu bildirib:

“Belə oyunlardan yorulmuşam (gülür). Biz çox qol buraxırıq.

Hər dəfə cavab tapa bilsək də, bu, belə davam edə bilməz. İkinci hissədə komandada təravət çatışmadı, çünki əvvəlki ağır oyunun təsiri hiss olunurdu.

Qolları çox asan buraxdıq. Açığını desəm, bugünkü oyundan maksimum nəticə çıxardıq və buna görə məmnunam”.

“Yuventus” bundan əvvəl A Seriyasında “İnter”i də son dəqiqələrdə vurulan qollarla 4:3 hesabı ilə məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti