“Görünürdü ki, VAR onu qırmızı vərəqədən xilas etmək üçün nəsə tapmağa çalışır”

“Görünürdü ki, VAR onu qırmızı vərəqədən xilas etmək üçün nəsə tapmağa çalışır”

“Arsenal”ın və “Barselona”nın keçmiş futbolçusu Emmanuel Peti “Real”ın UEFA Çempionlar Liqası matçlarında hakimliyə münasibət bildirib.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı sabiq futbolçu bunu deyib:

“Real”ın top-klublarla qarşılaşdığı Çempionlar Liqası matçlarına baxsaz, qərarlar həmişə “Real”ın xeyrinə olub. Madrid klubuna qarşı heç bir mühüm qərar olmayıb.

Dani Karvahal “Marsel”ə qarşı matçda qırmızı vərəqə aldı? Bu, açıq bir qərar idi. Amma görünürdü ki, VAR onu qırmızı vərəqədən xilas etmək üçün nəsə tapmağa çalışır”.

“Real” sentyabrın 16-da Çempionlar Liqasının ilk turunda “Marsel”i 2:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM