“Etdiyi dəyişiklər komandanın uduzmasının qarşısını aldı”

“Etdiyi dəyişiklər komandanın uduzmasının qarşısını aldı”

İtaliyalı mütəxəssis Fabiо Kapello Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Yuventus” – Dortmund “Borussiya”sı matçı (4:4) barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, o, baş məşqçi İqor Tudorun etdiyi taktiki dəyişikliklərin “Yuventus”un uduzmasının qarşısını aldığını bildirib:

“İkinci hissədən sonra turinlilər oyunu daha sürətli aparmağa başladılar. Bu dəyişiklik rəqibə təsir etdi.

Duşan Vlahoviç qonaqların müdafiəsinə ciddi problemlər yaratdı. Onun sayəsində komanda matçın sonlarında xilas ola bildi.

Eyni zamanda, baş məşqçi İqor Tudorun etdiyi taktiki dəyişikliklər komandanın uduzmasının qarşısını aldı”.

“Yuventus” Çempionlar Liqasının növbəti turunda “Vilyarreal”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM