“Biz Çempionlar Liqasını qazanmaq istəyirik və başqa heç nə düşünmürük”

19 Sentyabr 21:40 Çempionlar Liqası 86
“Biz Çempionlar Liqasını qazanmaq istəyirik və başqa heç nə düşünmürük”

“Barselona”nın hücumçusu Markus Reşford komandanın baş məşqçisi Hans-Diter Flikin rəhbərliyi altında çıxışından razıdır.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Flik top-məşqçidir. Biz Çempionlar Liqasını qazanmaq istəyirik və başqa heç nə düşünmürük”.

Reşford Çempionlar Liqasının ilk turunun “Sent Ceyms Park”dakı “Nyukasl”la oyununda (2:1) iki qol vurub.

27 yaşlı ingilis futbolçu 2025-ci ilin yayında icarə əsasında satın alma imkanı ilə “Mançester Yunayted”dən “Barselona”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 17:30 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 07:20 Bir sutkanın iki ilidir...