
“Barselona” Çempionlar Liqasının liqa mərhələsinin 2-ci tur matçı ilə bağlı rəsmi açıqlama yayıb.
Sportinfo.az xəbər verir ki, kataloniyalıların oktyabrın 1-də keçirəcəyi “Barselona” – PSJ matçı “Olimpik Lui Kompanis” stadionunda oynanılacaq.
Klubun açıqlamasında vurğulanır ki, hazırda “Kamp Nou”nun açılması üçün lazım olan inzibati icazələrin alınması istiqamətində intensiv işlər aparılır:
“Barselona”, üzvlərinə və azarkeşlərinə bu mürəkkəb, eyni zamanda, həyəcanverici prosesdə göstərdikləri anlayış və dəstəyə görə təşəkkür edir”.
“Barselona” yaxın aylarda yenilənmiş “Kamp Nou”ya qayıtmağı planlaşdırır.