“Çempionlar Liqasında oynamağı üstün tuturam” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Çempionlar Liqasında oynamağı üstün tuturam” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Enzo Mareska Premyer Liqada “Mançester Yunayted”ə qarşı keçiriləcək oyundan öncə rəqibin üstün hazırlıq şərtlərinə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında “Mançester Yunayted”in matça hazırlaşmaq üçün tam bir həftəsi olduğunu bildirib:

“Reallıq budur ki, “Mançester Yunayted”in matça hazırlaşmaq üçün tam bir həftəsi olub. Biz isə 48 saat əvvəl oyun keçirmişik.

Amma mən Çempionlar Liqasında oynamağı üstün tuturam. “Bayern”lə oyun çətin idi, əlimizdən gələni etdik.

Elə anlar oldu ki, çox yaxşı oynadıq, amma hələ üzərində işləməli məqamlar var. Oyunun sonunda yaxşı əhvaldaydım, çünki biz Çempionlar Liqasındayıq və mübarizə aparmaq niyyətindəyik”.

“Çelsi” Çempionlar Liqasının liqa mərhələsində səfərdə “Bayern”ə 1:3 hesabı ilə məğlub olub. Komanda “Qarabağ”ın da bu turnirdəki rəqiblərindən biridir.

“Mançester Yunayted” – “Çelsi” oyunu bu gün saat 20:30-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 07:20 Bir sutkanın iki ilidir...