Ukraynada baş məşqçi təyin olunan azərbaycanlı "Sportinfo"ya danışdı – VİDEO+FOTOLAR

31 Avqust 2021 11:40 Bizimkilər 1 958
Ukraynada baş məşqçi təyin olunan azərbaycanlı "Sportinfo"ya danışdı – VİDEO+FOTOLAR

Azərbaycanlı məşqçi Ukraynada işə başlayıb.

Gənc mütəxəssis Elnur Vəliyev «Rux»un U-15 komandasının sükanı arxasına keçib.

O, Sportinfo.az-a açıqlamasnda yeni təyinatı barədə danışıb: «Fevral ayında «Rux» Futbol Akademiyasına məşqçilər ücün müsabiqə elan etdilər.

Mən də öz cv-mi onlara göndərdim. Martda müsahiqəyə dəvət etdilər. Müsahiqəni uğurla başa vurdum, sonradan mənimlə əlaqə saxlıyıb, yayda dəvət edəcəklərini söylədilər.

İyunun sonlarında mənə akademiyanın direktoru zəng vurdu. İyulun 1-dən etibarən, burada işləməyə başladım.

Qeyd edim ki, akademiya fəaliyyətə yeni – elə bu yay aylarından başlayıb. Ona kimi əsas, (U-21 keçən mövsüm) və U-19 komandası var idi.

Əvvəl uşaqlar bir neçə seçim turundan keçdilər. Biz bütün yaş qruplarını məşqçilər korpusuyla, skautlarla, alademiyanın direktoruyla birgə seleksiya etdik.

Seçim turları başa çatdıqdan sonra yekun təlim-məşq toplanışı keçdik və komandamızı formalaşdırdıq. Hər həftə gündə iki dəfə məşq keçirdik, futbolçularımızı fiziki, texniki və taktiki planda hazırlaşdırırdıq.

Avgustun 16-da akademiyamızın iki yaş qrupu - U-15 və U-17 Ukraynanın Ujqorod şəhərində A.Qavaşinin xatirəsinə beynəlxalq turnirdə iştirak etdi.

Qrupda «Ezdişor»u (Ujqorod) 2:1, «Metallist»i (Xarkov) 3:2, Puşkaş Akademiyasını 1:0 hesabıyla udaraq, yarımfinala vəsiqə qazandıq.

Yarımfinalda mənə yaxşı tanış olan «Şaxtyor»un U-15 komandasıyla üz-üzə gəldik. Hansı ki, mən onlarla «Şaxtyor»da olarkən çalışırdım.

Qeyd edim ki, həmin komanda keçən mövsüm Ukrayna çempionu olub. Təəssüf ki, həmin görüşü 0:1 hesabıyla uduzduq.

Bu turnirdə biz yegənə komanda olduq ki, Ukrayna çempionuna layiqli rəqabət apardıq. «Şaxtyor» bütün rəqiblərinə böyük hesabla qalib gəlmişdi və finalda Kiyev «Dinamo»sunu 4:1 uddular.

Biz isə üçüncü yer uğrunda Poddubniy adına Olimpiya Kollecinə 4:1 hesabıyla qalib gəldik.

Turnirdən sonra uşaqlara bir meçə gün istirahət verərək, Ukrayna çempionatına hazırlığımızı davam etdirməyə başladıq. İlk oyunumuz sentyabrın 4-də baş tutacaq».

Digər Xəbərlər
Xəbər Lenti