Azərbaycan futbolunda 15 il sonra bu da yaşandı

5 Aprel 01:00 Azərbaycan Futbolu 1 052
Azərbaycan futbolunda 15 il sonra bu da yaşandı

Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında 7 qol vurulub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, “Neftçi” – “Qarabağ” matçında (0:4) dörd, “Zirə” – “Qəbələ” görüşündə (2:1) üç qol vurulub.

Bu, son 15 mövsüm üçün yarımfinalın ən yüksək məhsuldarlığıdır. Daha çox qola 2008/09 mövsümündə təsadüf olunub.

Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU