Azərbaycan 4 klubla başladı, bu yeri əldə etdi - Avropada

16 Mart 02:20 Azərbaycan Futbolu 291
Azərbaycan 4 klubla başladı, bu yeri əldə etdi - Avropada

Azərbaycan 2023/24 mövsümü futbol üzrə avrokuboklarla iştirakını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu mövsüm 4 klubla mübarizəyə başlayan ("Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ") ölkəmiz hazırkı mövsümü UEFA-nın əmsallar siyahısında 27-ci yerdə tamamlayıb.

Azərbaycan yarışa 29-cu pillədə başlamışdı və mövsüm ərzində Slovakiya ilə Rusiyanı (yarışlarda iştirak etmir) ötərək 2 pillə irəliləyişə nail ola bilmişdi.

Bu mövsüm klublarımızın topladığı ümumi xal 5,875 olub. Son 5 mövsümün nəticəsinə əsasən isə xal 20,125-ə qalxıb.

Azərbaycandan bir pillə öndə - 26-cı Bolqarıstan qərarlaşıb (20,375 xal). 25-ci yerdəki Rumıniyanın 21,375 xalı var.

Reytinqə əvvəlkitək İngiltərə (103,178) başçılıq edir. İspaniya 2-ci (87,864), İtaliya 3-cü (86,998), Almaniya 4-cü (83,624), Fransa isə 5-cidir (65,331).

Azərbaycanın bu mövsüm UEFA yarışlarında sonuncu təmsilçisi "Qarabağ" "Bayer"lə matçlardan sonra (2:2, 2:3) Avropa Liqasının 1/8 final mərhələsində çıxışını dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!