COP29

Azərbaycan çempionatının yeni mövsümündə hansı komandalar çıxış edəcək?

1 Dekabr 2023 17:40 Azərbaycan Futbolu 559
Azərbaycan çempionatının yeni mövsümündə hansı komandalar çıxış edəcək?

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatmadan sonra I turda üz-üzə gələcək komandalar bəlli olub.

Tədbir iştirakçılarına Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir, həmçinin, Çempionlar Liqası, Avropa Kuboku, Bizned Kuboku və Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş dünya çempionatı ilə bağlı videoçarxlar göstərilib.

Daha sonra baş katib Orxan Hüseynov komandalar haqqında məlumat verib. Bundan başqa, Azərbaycan millisinin üzvü Rəvan Kərimov 2023-cü ilin ən yaxşı oyunçusu adına layiq görülüb

Dekabrın 5-də start veriləcək Azərbaycan çempionatında 16 komanda mübarizə aparacaq.

I tur

"Abşeron" - "Birbaşa"
"Real" - "Atəşgah"
"Dinamo" (Gəncə) - "Siyəzən"
"Dirçəliş" - "Aznur"
"Veteran" - "Baku Fire"
"Zirə" - "Odlar Yurdu"
"İnter" - "Sumqayıt"
"Turan" - "Qalaksi Şuşa"

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!