Region Liqasında belə təmtəraq olmayıb – Vüqar Nadirovdan maraqlı addım

25 Noyabr 2023 11:20 Azərbaycan Futbolu 1 043
Region Liqasında belə təmtəraq olmayıb – Vüqar Nadirovdan maraqlı addım

Region Liqasında yeni mövsümə start verilir.

Bu gün birinci turun ilk oyunları baş tutacaq ki, çempionatın açılış qarşılaşmasında İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası (İCBFA) ilə “Hypers” üz-üzə gələcək.

Ötənlərin məşhur futbolçusu Vüqar Nadirovun baş məşqçisi olduğu “Hypers” bu qarşılaşmaya xüsusi hazırlıq görüb.

Region Liqasının oyunu olmasına baxmayaraq, meydanın kənarında klubun sponsorlarına aid reklam bannerləri yerləşdiriləcək.

Oyundan əvvəl stadionda paytaxt təmsilçisi üçün yazılmış marş səsləndiriləcək.

Matç üçün xüsusi dron sifariş olunub. “Hypers” rəhbərliyi açılışı tarixin yaddaşına yüksək səviyyədə və keyfiyyətdə köçürmək üçün videogörüntülərə xüsusi yer verib.

Və azarkeşləri maraqlandıran əsas məsələ.

Oyundan əvvəl və görüşün gedişində stadiona gələnlərə klubun şərfi paylanacaq. Azarkeşlərə qida və təbii şirə məhsullarının verilməsi də nəzərdə tutulub.

Qarşılaşmadan əvvəl oynanılacaq lotereyada isə şanslı fanatlar pul udacaq. Çarxı fırlamaqla bəxtini sınamaq istəyənlərin arasında 50 manat udanlar olacaq.

Abşeron Olimpiya İdman Kompleksinin futbol meydanında keçiriləcək İCBFA – “Hypers” görüşü saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti