Növbəti Azərbaycan çempionatında neçə komanda qüvvəsini sınayacaq?

2 Oktyabr 2023 15:00 Azərbaycan Futbolu 955
Növbəti Azərbaycan çempionatında neçə komanda qüvvəsini sınayacaq?

Minifutbol üzrə növbəti ölkə çempionatında necə klubun çıxış edəcəyi hələ dəqiqləşməyib.

Bu barədə Sportinfo.az-a Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidmətinin rəhbəri Sərxan Abışov məlumat verib.

Onun bildirdiyinə görə, qeydiyyat prosesi oktyabrın sonunadək davam edəcək.

AMF-nın press-ateşesi gələn ay startı veriləcək birincilikdə yarışmaq istəyən komandaların kifayət qədər çox olduğunu söyləyib.

«Birbaşa Bakı» ötən sezonun qalidi adını qazanıb. «Zirə» gümüş, «Zəngəzur» bürünc medalları əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti