Şpaqaçılarımızdan yalnız Kənan Əliyev fərqləndi

27 Noyabr 2018 00:50 Qılıncoynatma 829
Şpaqaçılarımızdan yalnız Kənan Əliyev fərqləndi

İsveçrənin Bern şəhərində qılıncoynadanların qran-prisi keçirilib.

Sportinfo.az xəbər verir ki, millimiz həm fərdi, həm də komanda yarışında iştirak edib.

Kənan Əliyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qalib gəlib. Şpaqaçımız pley-offda isveçrəli Bryus Brunolda 12:15 hesabı ilə uduzub.

Qrupda keçirdiyi 6 görüşdən 1-də qalib gələn Barat Quliyev, Ruslan Həsənov və Xalid Əliyev mübarizəni erkən başa vurublar. Komanda yarışında 1/16 finalda Fransa ilə qarşılaşan şpaqaçılarımız 16:45 yeniliblər.

Digər Xəbərlər
Xəbər Lenti