Azərbaucan komandasından Dünya Kubokunda uğursuz çıxış

20 Noyabr 2018 17:00 Qılıncoynatma 659
Azərbaucan komandasından Dünya Kubokunda uğursuz çıxış

Azərbaycan qılıncoynadanlarının Latviyanın paytaxtı Riqada keçirilən gənclər arasında Dünya Kuboku yarışında çıxışları başa çatıb.

Sportinfo.az xəbər verir ki, Ruslan Həsənov qrupda keçirdiyi altı görüşün dördündə qalib gələrək qrup mərhələsini uğurla adlayıb.

O, pley-offda ABŞ idmançısı Adrien Zein Sandlerə 9:15 hesabı ilə uduzub. Təmsilçimiz yekun sıralamada 233 idmançı arasında 88-ci olub.

Fərrux Səfərov isə qrupda keçirdiyi altı qarşılaşmanın ikisində qələbə qazansa da, pley-offa yüksələ bilməyib.

Barat Quliyev qrupda bir görüşdə qələbə qazanmağa nail olub. Xalid Əliyev bütün görüşlərdə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Kişilərdən ibarət şpaqa üzrə komandamız gənclər arasında komanda yarışında 1/32 finalda Estoniyaya 29:45 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti