"Qarabağ"lılar 82 oturacaq sındırdı, "Sabah"a dəymiş ziyanı ödəyəcəklər

29 Noyabr 2023 16:40 Qarabağ 1 000
"Qarabağ"lılar 82 oturacaq sındırdı, "Sabah"a dəymiş ziyanı ödəyəcəklər

"Sabah"ın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena"da 82 ədəd oturacaq sındırılıb.

Sportinfo.az xəbər verir ki, hadisə paytaxt təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIV turunun matçında baş verib.

AFFA İntizam Komitəsinin (İK) qərarına əsasən, Ağdam təmsilçisinin azarkeşləri tərəfindən stadiona dəymiş ziyan "Qarabağ" klubu tərəfindən ödəniləcək.

Bundan əlavə, İK "Sabah"ı 800 manat cərimələyib. Buna sözügedən qarşılaşmadan sonra kənar şəxslərin meydana girməsi səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…