COP29

"Qarabağ"dan qorxurlar"

28 May 2023 01:10 Qarabağ 880
"Qarabağ"dan qorxurlar"

"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç jurnalistlərə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu legioner Ağdam klubunun yeni mövsüm Çempionlar Liqasındakı şanslarından bəhs edib.

- Mövsüm başa çatdı və ölkə çempionu oldunuz. qazandınız. Bununla bağlı fikrin necədir?

- Titul qazandığımıza görə çox xoşbəxtik. Avrokuboklarda da yaxşı çıxış etdik. Yeni mövsümdə də avrokuboklarda uğurlu çıxışın davamını gətirmək istəyirik.

- Bu mövsümkü performansını necə dəyərləndirirsən?

- Təbii ki, performansımdan razıyam. Əsasən də, mövsümün ilk yarısındakı performansımdan. Amma bilirəm ki, daha da yaxşı ola bilərəm. Onu etməyə çalışacam.

- Komanda Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq. Səncə, “Qarabağ” hansı pilləyə qədər irəliləyə bilər?

- Təbii ki, çox çətin komandalarla qarşılaşacağıq. İndidən dəqiq nəsə demək çətindir. Ancaq bəzi komandalardan xəbərim var. Rumıniya, Polşa kimi ölkələrin çempionları siyahıda yer alıb. Onlara qarşı yaxşı hazırlaşmaq lazımdır. Keçən mövsüm hər raundda bizə ən ağır rəqiblər düşdü. Çempionlar Liqasının qrupuna düşmək üçün gedilən yol çox çətin idi. Amma biz heç kimdən qorxmuruq, Çempionlar Liqasında bütün rəqiblərə qarşı oynayacağıq.

- Potensial rəqiblərin siyahısında "Rakuv" və "Farul" var. Onları məğlub etmək mümkündür?

- Biz hər komandanı məğlub edə bilərik. Bunu da göstərmişik. Ona görə deyirəm ki, heç kimdən qorxmuruq. Amma keçən il Çempionlar Liqasının qrupuna düşmək üçün ağır yol qət etdik. Fikirləşirəm ki, bu dəfə daha yüngül olar.

- Ən azından keçən ilki nəticəni təkrarlaya biləcəksiz?

- Əlbəttə. Püşkatmanın necə olacağı çox maraqlıdır. Ona görə deyirəm ki, hansı rəqib düşsə, oynayacağıq. Avropada bəzi komandalar da "Qarabağ"dan qorxur. Biz də daha da yaxş. Olmaq istəyiriksə, daha uğurlu çıxış edək. Çünki potensialımız var.

Digər Xəbərlər
Xəbər Lenti