
"Qarabağ" üçün Molde səfəri çətin keçdi”.
Bu sözlər Ağdam klubunun sabiq idarəçisi Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “köhlən atlılar”ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Molde” ilə İsveçdə keçirdiyi matçın yekununu (2:2) dəyərləndirib.
Bildirib ki, “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönüb. Abbasov “Molde”nin evdə kifayət qədər yaxşı təsir bağışladığını, hətta qrupun lideri “Bayer”in də orada böyük çətinliklə üzləşdiyini söyləyib.
Qeyd edib ki, rəqib turnir cədvəlində yaranmış vəziyyətə uyğun olaraq, oyunu hücumda keçirib, “Qarabağ”ı müdafiəyə çəkilməyə məcbur edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: