UEFA-nın rəsmi saytı “Qarabağ”ı yenə öz gündəminə aldı

6 Dekabr 2023 13:20 Qarabağ 3 074
UEFA-nın rəsmi saytı “Qarabağ”ı yenə öz gündəminə aldı

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin son turunun ən maraqlı oyunlarını qeyd edərkən, “Qarabağ” – “Hekken” görüşünə də xüsusi diqqət yetirib.

Sportinfo.az xəbər verir ki, qurumun portalı matç haqda bunları yazıb:

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmək üçün qalibiyyətə ehtiyacı var.

Bu komanda Norveçdə “Molde” ilə görüşün 83-cü və 88-ci dəqiqələrində qol buraxaraq hesabda geri düşsə də, yalnız əlavə vaxtda bərabərlik qolunu vuraraq özünə gəlmişdi.

“Molde” isə son turda qrupun qalibi “Bayer”lə qarşılaşacaq. Azərbaycan klubu isə xala ehtiyacı olmayan “Hekken”lə qarşılaşacaq".

"Qarabağ" - "Hekken" matçı dekabrın 14-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti