
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşıb.
Gərgin keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb.
Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.