Qurban Qurbanovun GECƏ SÜRPRİZİ və ya... VİDEO

30 Noyabr 2023 14:00 Qarabağ 1 191
Qurban Qurbanovun GECƏ SÜRPRİZİ və ya... VİDEO

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə "Molde"nin qonağı olacaq.

“Müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə çox diqqətli olmalıyıq.

İlk dəqiqələrdə rəqibi topsuz qoya bilsək, qarşı tərəfdə təhlükəli epizodlar yaşaya bilərik. Amma nəzərə alaq ki, meydan amili əleyhimizə işləyəcək”.

Bu sözlər Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist “Qarabağ” isə topu rəqibə verib ilk dəqiqələrdən topsuz oyunda iştirak etməməlidir:

“Bakıdakı ilk qarşılaşmada olduğu kimi, ağdamlılardan yüksək temp gözləməsək də, meydanın norveçlilərə aid hissəsində tətbiq edəcəyi pressinqlə ev sahiblərinin oyun qurmasına imkan verməməlidir.

Qısa ötürmələrlə oyunu meydanın rəqibə aid olan hissəsində keçirə bilsək, itirilən hər topdan sonra onlara boş zona buraxılmasa, nəyəsə ümid etməyə dəyər.

Julio Romao cəzalı olduğundan, ikinci zonada Marko Yankoviç kiminlə oynayacaqsa, o da önəmli rol oynayacaq.

Belə qarşılaşmada Romao fiziki gücü hesabına çox vacib profil idi. Təəssüf ki, cəzalıdır.

İkinci zonada itirlən toplardan sonra mövqe seçimlərində daha sayıq davranmaq lazımdır. Oyunu cinahlara yaymaq lazımdır ki, rəqibin diqqətini o istiqamətlərə yönəldə bilək.

Belə olan halda, mərkəzdə yaranacaq boşluqlara zamanında düşməklə qol epizodları yaratmaq lazımdır. Bu qarşılaşma cinah müdafiəçilərimiz üçün də əlavə öhdəliklər yaradır.

Çətin olacaq, amma "Qarabağ"a inanırıq və ümid edirik”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti