
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son vuruşlarda daha dəqiq olan futbolçuların siyahısını dərc edib.
Sportinfo.az CIES-in saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın hücumçusu Juninyo Olavio da yer alıb.
O, 65 liqanın əhatə olunduğu araşdırmada 0,219 əmsalla 20-ci pillədə qərarlaşıb.
Juninyo bu göstəricidə Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Ceymi Vardi (“Lester”, İngiltərə), Aleks Qrimaldo (“Bayer”, Almaniya), Kriştiano Ronaldo (“Əl-Nasr”, Səudiyyə Ərəbistanı) kimi futbolçuları qabaqlayıb.
Siyahıya "Bavariya"nın futbolçusu Harri Keyn (0,533) başçılıq edir. “Feyenoord”dan Santyaqo Ximenes (0,361) 2-ci, "Real"dan Cud Bellinqem (0,355) 3-cüdür.